Tokio-2020: Daha bir idmançımız mübarizəni dayandırdı

10:30 - 26 İyul 2021

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, idmançı 5 raundun ardından 116 xal toplayıb. Cəfərov təsnifat mərhələsini 30 idmançı arasında 26-cı sırada bitirib.

 

İlk 6 yerin sahibi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə olimpiada ilə vidalaşıb.

Xəbər xətti