Braziliya milli komandasının və "Barselona"nin sabiq futbolçusu Ronaldinyo, Lionel Messinin Kataloniya klubunu tərk etmək ehtimalını müzakirə edib.
Sportal.az xəbər verir ki, "Barsa"nın sabiq oyunçusu klubun hazırki kapitanla problemləri yoluna qoyması üçün danışıqlara getməli olduğunu bildirib:
"Ümidvaram ki, "Barselona" Lionel Messi ilə olan bütün problemi yoluna qoyacaq. Messi komandada qalmalıdı. Çünki o, “Barselona”nın canlı tarixidi, onu buraxmaq olmaz”.
Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”da 145 oyuna çıxıb, 70 qol vurub.
saytlarin hazirlanmasi
