"Qarabağ" Uroş Matiçlə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
31 yaşlı futbolçu 2020-ci ildən Ağdam klubunda çıxış edirdi. Onun "Qarabağ"la 2022-ci ilin yayına qədər sözləşməsi var idi.
saytlarin hazirlanmasi
