Tokio-2020: Rüstəm Orucov üçün bürünc medal şansı

13:31 - 26 İyul 2021

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

 

Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Orucov Kosova təmsilçisi Akil Qyakova ilə üz-üzə gəlib.

 

Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.

Xəbər xətti