“Legiya”(Varşava) Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Flora”(Tallin) ilə cavab qarşılaşması üçün Estoniyaya uçub.
Sportal.az xəbər verir ki, 23 nəfərlik heyətdə baş məşqçi Mahir Emreliyə də yer verib.
Polşa yüksək liqasının ilk turunda “Visla”ya (Plok) qarşı matçı soyuqdəyməyə görə buraxan Emrelinin Tallindəki matçda meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, tərəflər arasında Varşavada keçirilən ilk oyun “Legiya”nın 2:1 hesablı qələbəsilə başa çatmışdı.
saytlarin hazirlanmasi
