PSJ qapıçısını transferə çıxardı

16:24 - 26 İyul 2021

"Milan"dan Canluici Donnarumanı transfer edən PSJ digər qapıçısını transferə çıxarıb.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi Serxio Riko ilə yollarını ayırmağa hazırlaşır.

 

Fransa klubu ilə 2024-cü ilə kimi müqaviləsi olan qolkiperin "Beşiktaş"a keçmək variantı yaranıb. 

 

İstanbul təmsilçisi 27 yaşlı ispanı qarşıdakı mövsüm üçün heyətinə qatmağa çalışır.

Xəbər xətti