İngiltərəni İspaniyaya dəyişdi

23:51 - 26 İyul 2021

İspaniyanın "Real Sosyedad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Bornmut" klubundan müdafiəçi Dieqo Rikonu transfer edib. 28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. "Real Sosyedad" bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

 

Qeyd edək ki, karyerası ərzində "Saraqosa", "Leqanes" klublarında oynayan Dieqo Riko 2018-ci ildən "Bornmut"da çıxış edirdi.

Xəbər xətti