"Sabah" "Əl-Əyn"in addımına görə FİFA-ya müraciət edəcək

14:03 - 27 İyul 2021

"Sabah" “Əl-Əyn”-dən Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Masazır klubunun mətbuat xidməti məlumat yayıb.

 

Klubun mətbuat xidmətinin yazdığına görə, ərəb klubunun futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq ləğv olunmuş hesab edilirdi.  

 

"Sabah" məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir.

Xəbər xətti