Ukrayna millisinin sabiq üzvü azərbaycanlıların komanda yoldaşı oldu

15:47 - 27 İyul 2021

Azərbaycan millisinin forvardı Rüstəm Əhmədzadənin komandası “Minay” Ukrayna millisinin sabiq forvardı ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yevgeni Seleznyovla anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. 36 yaşlı hücumçu “Şaxtyor”, “Dnepr”, “Malaqa”, “Bursaspor” kimi komandalarda oynayıb. 

 

Xatırladaq ki, "Minay"da Əhmədzadədən savayı Azərbaycanəsilli futbolçu Eldar Quliyev də çıxış edir.

Xəbər xətti