Badmintonçumuz Olimpiadaya qələbə ilə başladı

17:17 - 27 İyul 2021

Badmintonda Azərbaycanı Tokio-2020-də təmsil edən Edi Reski Dviçayo da mübarizəyə qoşulub.

 

Sportal.az xəbər verir ki, L qrupunda yarışan Dviçayo Nquen Tyen Minlə (Vyetnam) qarşılaşıb. Görüş 23 yaşlı badmintonçumuzun qələbəsi ilə yekunlaşıb. O, hər iki setdə rəqibindən üstün olub - 2:0 (21:14, 21:18)

 

Hazırda indoneziyalı legionerimiz L qrupunda Anders Antonsenlə birlikdə ilk iki pilləni bölüşür. Sabah Bakı vaxtı ilə saat 15:00-da idmançımız danimarkalı badmintonçu ilə qarşılaşacaq. Yalnız qrup liderləri mərhələ adladığından, Dviçayo 1/8 finala qalmaq üçün mütləq bu oyunda qələbə qazanmalıdı.

 

Qeyd edək ki, Anders Antonsen Avropa və dünya çempionudu

Xəbər xətti