İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi PSJ-nin qapıçısı Alfonse Areolanı rənglərinə bağlayıb. Premyer Liqa klubu 28 yaşlı "əlcək sahibi"ni mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, Areola PSJ-nin yetirməsidir. O, Paris təmsilçinin əsas komandasının heyətində 75 qarşılaşmada meydana çıxıb. Təcrübəli qolkiper "Lans", "Bastiya", "Vilyarreal", "Real" və "Fulhem"də icarədə olub.
saytlarin hazirlanmasi
