"Qalatasaray"dan növbəti transfer

10:05 - 30 İyul 2021

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un yarımmüdafiəçisi Berkan Kutlunu rənglərinə bağlayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, gənc orta sahə oyunçusu son mövsümdə "Alanyaspor"un heyətində meydana çıxdığı 37 matçda 3 qol vurub.

 

Xatırladaq ki, "Qalatasaray" bu mövsüm Aytaç Kara, Alparsan Öztürk, Barış Alper Yılmaz, Aleksandru Çikaldeu, Saşa Boy və Patrik van Anholtu transfer edib.

Xəbər xətti