Azərbaycanın iki cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, əvvəlcə tatamiyə Uşangi Kokauri çıxıb. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib.
Uşangi 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.
Daha sonra qadın cüdoçu İrina Kindzerska mübarizəyə başlayıb. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bosniya və Herseqovinanı təmsil edən Larisa Tseriçlə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib.
O, bu mərhələdə Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib. Rəqibinə bu dəfə də ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib. O, finala gedən yolda Yaponiyanı təmsil ediən Akira Sone ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
