Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Vlajniya" səddini keçən AEL(Limassol) üçüncü mərhələdə "Qarabağ"ın rəqibi oldu.
Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Duşan Kerkez yerli mətbuata açıqlamasında Ağdam klubu ilə oyun haqda danışıb. O, təmsilçimiz barədə xoş sözlər deyib:
“Üçüncü mərhələdə “Qarabağ”la oynayacağıq. “Qarabağ” artıq tamam fərqli komandadı. “Vlajniya”dan da yaxşı klubdu. Səbirsizliklə “Qarabağ”la oynayacağımız hər iki matçı gözləyirik. İnanırıq ki, turnirdən kənarlaşdırıb üçüncü mərhələyə adlayacağıq”.
saytlarin hazirlanmasi
