Türkiyə millisinin üzvü "Trabzonspor"da

11:32 - 30 İyul 2021

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Beşiktaş"dan ayrılan Dorukhan Toközü rənglərinə bağlayıb. Türkiyə milli komandasının üzvü ilə 3+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi illik 16 milyon TL qazanacaq.

 

Qeyd edək ki, Dorukhan Toköz "Eskişehirspor"un yetirməsidi. O, 2018-ci ildə "Beşiktaş"a transfer olub. Gənc futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 71 oyunda 3 qol vurub. 

Xəbər xətti