Litva millisinin üzvünü ölkəmizə kim gətirib? - FOTO

12:36 - 30 İyul 2021

Dünən “Səbail” yeni transferini ictimaiyyətə açıqladı.

 

Sportal.az xəbər verir ki, “dənizçilər” son olaraq “Hapoel”də (Kfar-Saba) oynayan Domantas Şimkusla müqavilə imzaladı. Litvalı futbolçu paytaxt klubuna gətirən şəxs də Azərbaycan futbolu üçün yad biri deyil.

 

Belə ki, vaxtilə ölkəmizdə “İnter”(indiki “Keşlə”) klubunda oynamış Paulis Paknis həmyerlisinin “Səbail”ə keçidində önəmli rol oynayıb. 37 yaşlı veteran futbolçu “İnter”dən savayı “Simurq”da da çıxış etmişdi.

 

Xatırladaq ki, Şimkus Litva millisinin də üzvü hesab edilir.

 

Xəbər xətti