Tokio-2020: Cüdoçumuz yarımfinalda uduzdu

12:25 - 30 İyul 2021

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı Yaponiyanı təmsil edən Akira Sone ilə üz-üzə gəlib. Görüş İrinanın məğlubiyyəti ilə başa çatıb.

 

Azərbaycan təmsilçisi bürünc medal uğrunda güləşəcək. O, çinli Şiyan Xu ilə qarşılaşacaq.

Xəbər xətti