"Neftçi"dən ayrılan futbolçu Yunanıstan klubuna keçdi

13:35 - 30 İyul 2021

Son mövsümü "Neftçi"də keçirən Stivn Jozef-Monzorun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, fransalı vinger karyerasını Yunanıstanda davam etdirəcək. 31 yaşlı futbolçu bu ölkənin ikinci liqasında mübarizə aparan "Ksanti"yə keçib.

 

Klubun rəsmi saytı keçid haqda məlumat versə də, müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Monroz ölkəmizdə "Qəbələ" (2017-2019) və "Neftçi"də (2019-2021) çıxış edib.

Xəbər xətti