"Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün "Liverpul"a keçmək variantı yaranıb.
Sportal.az xəbər verir ki, məşhur futbol agenti Mino Rayola futbolçuya bu cür təkliflə müraciət edib.
Bir il sonra “qırmızı şeytanlar”la müqaviləsi başa çatacaq fransalı futbolçu özü də komandasını dəyişmək niyyətindədi. Fransa millisinin aparıcı üzvünün bir müddət əvvəl PSJ və “Barselona” ilə adı hallanırdı.
Poqbanın “Liverpul”a keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
saytlarin hazirlanmasi
