Azərbaycan millisinin forvardı karyerasını başa vurdu - FOTO

14:25 - 30 İyul 2021

Azərbaycan milli komandasının sabiq forvardı karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, söhbət Deniz Yılmazdan gedir. 2016-cı ildə milliləşdirilən forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizdə debüt etmişdi. Millimizin Şimali İrlandiyaya səfərdə 0:4 uduzduğu matçda ilk oyununa çıxmış Yılmaz bir də Almaniya ilə oyunda meydanda görünmüşdü. Sonradan isə forvard bir də milli düşərgəyə gəlməmişdi.

 

Sonuncu dəfə “Gənclərbirliyi”nin heyətində Türkiyə birinci liqasında çıxış etmiş millimizin sabiq üzvü klub tapmadığına görə futbolçu karyerasını başa vurub.

Xəbər xətti