"Azərbaycan millisində oynamaq mənə xoşdu"

15:37 - 30 İyul 2021

“Başqa təkliflərim olsa komandadan ayrılardım. Azərbaycana qayıtmaq niyyətimdə var. Yenidən Azərbaycan Premyer Liqasında oynamaq istəyərdim”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Əli Babayev deyib.

 

Bir ara Azərbaycan milli komandasına dəvət olunan 30 yaşlı yarımmüdafiəçi hazırda “Hapoel Ramat Qan” klubunda çıxış edir. 

 

O, Azərbaycan millisinə də yenidən cəlb olunmaq istədiyini söyləyib: "Bəli, milliyə dəvət alırdım. Sonradan dəvət gəlmədi. Bunun isə səbəbini mən bilə-bilmərəm. Amma hər zaman Azərbaycan millisində oynamağa hazıram. Azərbaycan millisində oynamaq mənə xoşdu".

Xəbər xətti