"Barselona" hücumçusunun "Vest Hem"ə keçidinə razılıq verdi

15:50 - 30 İyul 2021

“Barselona”nın forvardı Martin Breytveyt karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, danimarkalı forvard "Vest Hem"ə keçməyə hazırlaşır.

 

Kataloniya təmsilçisi ingilislərin Breytveytin transferinə görə 15 milyon avroluq təklifini qəbul edib.

 

Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı və Breytveytin ictimaiyyətə təqdim olunacağı gözlənilir. 

Xəbər xətti