Çempionatımızda oynamış yeganə kiprli: "Qarabağ" AEL-lə eyni səviyyədədi"

16:09 - 30 İyul 2021

Azərbaycan Premyer Liqasında indiyə qədər çıxış etmiş yeganə kiprli ünvanına sahib Giorgos Pelagios Sportal.az saytına açıqlama verib. Vaxtilə “Bakı”nın heyətində oynamış veteran futbolçu Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin AEL(Limassol) – “Qarabağ” cütünün şansları barədə danışıb. O, həmyerlilərinin “Qarabağ”la eyni səviyyədə olduğunu bildirib:


"AEL-in “Qarabağ”la oynayacağından xəbərdaram. Şanslar? Açığı, şanslar haqda nə deyim, bilmirəm. Çünki “Qarabağ”ı da APOEL-lə matçlardan sonra canlı olaraq görməmişəm. Amma düşünürəm ki, AEL-lə “Qarabağ” eyni səviyyədə komandalardı. Hər iki komanda üçün çətin olacaq. Mənə görə, həm AEL-in, həm də “Qarabağ”ın növbəti mərhələ şansı 50/50-di".

Xəbər xətti