"Qəbələ" "Zirə"yə qalib gəldi

19:58 - 30 İyul 2021

"Zirə" və "Qəbələ" klubları arasında yoxlama görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, BOS-un ehtiyat meydançasında baş tutan matçda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

 

Rəşad Sadıqovun komandasından yeni transfer Velvis Damakena fərqlənib.

 

Bölgə klubunun qollarına isə Yaovi Akakpo və Kamal Mirzəyev imza atıb.

 

Yay toplanışı çərçivəsində komandaların ilk yoxlama görüşü "Zirə"nin 3:0 hesablı üstünlüyü ilə bitmişdi. 

Xəbər xətti