"Arsenal"dan 58 milyonluq transfer - FOTO

20:33 - 30 İyul 2021

"Brayton"un müdafiəçisi Ben Uaytın "Arsenal"a keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün qarşı tərəfə 58 milyon avro ödəyib. "Topçular" futbolçu üçün bu pulu "Brayton"a dərhal yox, hissə-hissə ödəmək istəsə də, bu baş tutmayıb.

 

58 milyonu ödədən "Arsenal" Uaytla uzunmüddətli müqavilə imzalayıb.

Xəbər xətti