"Bavariya" və "Yuventus"un sabiq futbolçusu İstanbul klubunda

10:30 - 31 İyul 2021

Türkiyənin "Fatih Karagümrük" klubu hetətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli müdafiəçi Medhi Benatyanı rənglərinə bağlayıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Son olaraq Qətərin “Əl-Duhail” klubunun formasını geyinmiş təcrübəli futbolçu azad agent kimi transfer olunub. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

 

Benatya 2019-cu ildən “Əl-Duhail”də çıxış edirdi. O, daha öncə “Tur”, “Klermon”, “Udineze”, “Roma”, “Bavariya” və “Yuventus” klublarının da formasını geyinib.

Xəbər xətti