Tokio-2020: azərbaycanlı atlet finala çıxa bilmədi

10:00 - 1 Avqust 2021

Azərbaycanın çəkicatma növü üzrə idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı ukraynalı legioner B qrupundakı ilk cəhdlərdən sonra ən yaxşı 12 atlet sırasına düşməyi bacarmayıb. Nəticədə o, finala vəsiqə qazana bilməyib.

 

Skidan A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.

Xəbər xətti