Dadaşov qolunu vurdu, komandası qalib gəldi - VİDEO

10:14 - 1 Avqust 2021

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rizinq” çempionatda növbəti matçına çıxıb.


Sportal.az xəbər verir ki, Dadaşovun komandası evdə “Rio Qrande”yə 3:1 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan Dadaşov komandasının üçüncü qoluna imza atıb. Bu isə onun mövsümdəki dördüncü qolu olub. Forvard 70-ci dəqiqədə əvəzlənib.


​14 turdan sonra “Finiks” 32 xalla Qərb konfransında turnir cədvəlinə başçılıq edir.

 

Xəbər xətti