Azərbaycanlı futbolçunun komandası evdə uduzdu - VİDEO

12:22 - 1 Avqust 2021

Moldova çempionatında 4-cü turun oyunları stat götürüb.

 

Sportal.az xəbər verir ki, Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" evdə "Balti"nı qəbul edib.

 

Həmyerlimizin 90 dəqiqə meydanda olduğu matç qonaqların 4:1 hesablı qələbəsilə yekunlaşıb.

 

Bu oyundan sonra Qurbanlının komandası 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər xətti