“Atalanta”nın müdafiəçisi Kristian Romero İngiltərə Premyer Liqasında oynamağa yaxındır.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu üçün “Atalanta”ya “Tottenhem”dən rəsmi təklif gəlib. London klubuna keçmək üçün argentinalı “Barselona”dan gələn təklifi geri çevirib.
Lakin hələ ki, “Atalanta” ilə “Tottenhem” maddi məsələlərdə anlaşa bilməyib. Romero özü isə “Barselona”da deyil “Tottenhem”də oynamaq istəyir. "Belqrano" yetirməsi olan müdafiəçi "Cenoa", "Yuventus"da da çıxış edib.
saytlarin hazirlanmasi
