Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi - FOTO

15:38 - 1 Avqust 2021

Türkiyənin "Qaziantep Algspor" klubu qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Jalə Məsimova ilə müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü mövsüm sonuna qədər türk klubunda oynayacaq. Yarımmüdafiəçi bundan əvvəl Azərbaycanda “Uğur”, “Vətən”, həmçinin Rusiyada “Torpedo”(Lyevsk), “Zenit”(Sankt-Peterburq) klublarında çıxış edib. 

 

Klubun prezidenti Əli Gözcü transferlə bağlı rəsmi sayta açıqlamasında Jalə haqda xoş sözlər deyib: “Biz Azərbaycan millisindən güclü oyunçu gətirmişik. Ona komandamızda uğurlar arzu edirik. İnanırıq ki, Jalə komandamızı gücləndirəcək. Yaxşı hazırlaşaraq, yeno mövsümə tam hazır olacağıq”.

Xəbər xətti