Namiqin "Bursaspor"a keçidinə kim mane olub?

11:07 - 2 Avqust 2021

"Neftçi"nin vingeri Namik Ələsgərov "Bursaspor"a keçidə yaxın olub.

 

Sportal.az xəbər verir ki, futbolçunun türk klubuna keçidə yaxın olsa da, sonradan prossesə daxil olan menecerlərə görə transfer baş tutmayıb.

 

Həmin menecerlər Namiqin “Bursaspor”a keçidinə görə 100 min avro tələb edib. Bu haqda “Bursaspor”un idarə heyətinin üzvü Emin Adanur danışıb. Onun bildirdiyinə görə, əslində bu transfer klub skautlarının təşəbbüsü olub. Lakin sonradan meydana birdən-birə 2 menecerin çıxması, Namiqə görə 100 min avro tələb etməsinə görə, "Bursaspor" həmin transferdən imtina etməsilə yekunlaşıb. 

Xəbər xətti