Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışacaq.
Sportal.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəldiyi üçün Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
****
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaq.
Sportal.az xəbər verir ki, onun 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudov yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanıb. Buna görə də Rafiq Hüseynov təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb.
Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi
