"Adana Dəmirspor" növbəti "transfer bombası"na hazırlaşır

13:58 - 2 Avqust 2021

Yeni mövsüm Türkiyə Super Liqasında çıxış edəcək "Adana Dəmirspor" daha bir səs-küylü transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, italiyalı ulduz futbolçu Mario Balotellini heyətinə qatan Adana təmsilçisi bu dəfə Şkodran Mustafini hədəfə alıb. "Şalke" ilə müqavilə müddəti başa çatan 29 yaşlı  müdafiəçinin Super Liqa təmsilçisinə keçidə müsbət yanaşdığı bildirilir.

 

Uzun illər "Arsenal"da çıxış edən Mustafi 20 dəfə Almaniya milli komandasının formasını geyinib.

Xəbər xətti