Tokio-2020: Rafiq Hüseynov erməni güləşçi ilə qarşılaşacaq

09:09 - 3 Avqust 2021

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də təsəlliverici görüşə çıxıb.

 

Sportal.az xəbər verir ki, o, Tunis təmsilçisi Lamyed Maafi ilə qarşılaşıb və 11:1 hesablı qələbə qazanıb. Beləliklə, Hüseynov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gələcək. Duel Bakı vaxtı ilə 14:30-da başlayacaq.

 

Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.

Xəbər xətti