Tokio-2020: Atletimiz 15-ci yerlə kifayətləndi

09:45 - 3 Avqust 2021

Tokio Yay Olimpiya Oyunlarında atletimiz Nazim Babayev mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, o, üçtəkanla tullanma üzrə təsnifatda yarışıb.  Nazim ilk cəhdində 16,38 m, ikincidə 16,30 m, üçüncüdə isə 16,72 m nəticə göstərib.
 
A qrupunda yer alan 23 yaşlı atlet 16 idmançı arasında 8-ci, ümumilikdə isə  32 idmançı arasında 15-ci yeri tutub və medalsız qalıb.

Finalda iki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi iştirak edəcək.

Xəbər xətti