Azərbaycanlı qapıçı futbola qayıtdı

11:13 - 3 Avqust 2021

“Xəzər Lənkəran”ın sabiq qapıçısı Orxan Sadıqlı yenidən futbola qayıtmağa hazırlaşır.

 

Sportal.az saytının məlumatına görə, uzun müddətdir ki, klubsuz qalan təcrübəli qolkiperə “Səbail”dən təklif gəlib.

 

Son olaraq “Zirə”nin qapısını qoruyan və bir mövsümdür klubsuz qalan Orxan yeni mövsümə “Səbail-2”də başlayacaq. 

Xəbər xətti