"Roma" özbəkistanlı hücumçu aldı

11:41 - 3 Avqust 2021

"Roma" yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "canavarlar" "Cenoa"nın hücumçusu Eldor Şomurodovu transfer edib. 26 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Paytaxt təmsilçisi Özbəkistan millisinin üzvü üçün Genuya təmsilçisinə 17,5 milyon avro təzminat ödəyib.

 

"Cenoa" Eldoru ötən il "Rostov"dan 7,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti