AFFA rəsmisi Konfrans Liqası oyununa təyinat aldı

13:53 - 3 Avqust 2021

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

 

Sportal.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 5-də Nur-Sultanda keçiriləcək “Tobol” (Qazaxıstan) – “Jilina” (Slovakiya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.

Xəbər xətti