Kiprin AEL(Limassol) komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, 45 yaşlı çalışdırıcısı Ağdam təmsilçisini mübarizədən kənarlaşdırmaq haqda düşündüklərini söyləyib:
"Bizim üçün sıradan çıxan futbolçuların düşərgəyə dönməsi önəmlidi. Futbolçularıma çox güvənirəm. Növbəti mərhələyə adlamaq istəyirik. “Qarabağ”la ilk görüş bizim üçün çox vacibdi. “Vlajniya” ilə görüşlərdə biz yaxşı oyun göstərmişdik. Hətta daha yaxşı oynaya bilərdik. Ancaq toplanışdan sonra ilk oyunlarımız olduğunu nəzərə alsaq, hər şeyin yaxşı olduğunu düşünmək olar.
İndi yalnız qarşıdakı oyun barədə düşünürəm. “Vlajniya”ya qarşı oynayan bütün futbolçular da hazırdı. Avrokuboklarda favoritlər yalnız kağız üzərində olur. "Qarabağ"ı çox yaxşı tanıyırıq. Yaxşı nəticə üçün özümüzü göstərməliyik. Bütün gücümüzü meydanda qoysaq, “Qarabağ” səddini keçə bilərik".
saytlarin hazirlanmasi
