AEL-in futbolçusu: "Qarabağ"la oyunda azarkeşlərimizin yanımızda olmalarını istəyirik"

14:21 - 3 Avqust 2021

"Qarabağ" güclü rəqibdi. Cütün favoriti onlardı. Amma futbolda hər bir komandanın şansı var".

 

Sportal.az xəbər verir ki, bunu AEL-in futbolçusu Slobodan Madoyeviç deyib.

 

Limassol klubunun serbiyalı yarımmüdafiəçisi Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyunu barədə danışıb. 30 yaşlı futbolçu "Qarabağ"la görüşdə fanat dəstəyinə ehtiyaclarının olduğunu da bildirib:

 

"Rəqibimiz güclü olsa da, mərhələ adlaya biləcəyimizi düşünürük. Ümid edirik ki, fanatlarımız bizə dəstək olacaq. Çünki onlar ilk dəqiqədən hakimin son final fitinə qədər bizə lazımdı. Fanatlarımızın dəstəyilə komandaya çox uğur qazandıra bilər. "Vlajniya" ilə matçda azarkeşlərimizin dəstəyini gördük. Sabah Larnakadakı matçda da yanımızda olmalarını istəyirik".

Xəbər xətti