“Atletiko” Luis Suaresi komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi uruqvaylı hücumçunu buraxmaq niyyətində deyil.
Artıq klubla futbolçunun meneceri arasında danışıqlara start verilib. Məlumata görə, forvard özü də növbəti mövsümə “Atletiko”da başlamaq istəyir. Yeni müqaviləyə əsasən forvard 2023-cü ilə kimi "Atletiko"nun formasını geyinəcək.
saytlarin hazirlanmasi
