Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşində mübarizə davam edir.
Sportal.az xəbər verir ki, kişilərin 67 kq çəki dərəcəsində Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finala kimi irəliləməyi bacarıb.
22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
saytlarin hazirlanmasi
