Messi Parisə getdi: transfer açıqlanacaq

16:13 - 9 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messinin yeni klubu müəyyənləşir.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz karyerasını Fransada davam etdirəcək. 34 yaşlı hücumçu PSJ ilə razılıq əldə edib. 

 

Messi artıq Parisə gedib. O, qısa zaman ərzində tibbi müayinədən keçdikdən sonra Liqa 1 təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. PSJ Messinin transferini Eyfel qülləsindən elan edəcək.

Xəbər xətti