Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Parma"nın hücumçusu Andreas Korneliusu rənglərinə bağlayıb. "Trabzonspor" Danimarka millisinin üzvü üçün İtaliya klubuna 5,1 milyon avro ödəyəcək. 28 yaşlı hücumçu yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Kornelius son mövsümdə "Parma" forması ilə İtaliya A Seriyasında 29 oyuna çıxıb və 1 qol, 5 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
