"Beşiktaş"da braziliyalı hücumçu

10:18 - 10 Avqust 2021

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib. Türkiyədə olan 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq.

 

"Şaxtyor"dan çıxışı ilə tanınan Teyşeyra son olaraq Çinin "Tszyansu" komandasında oynayıb. O, son mövsümdə 20 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər xətti