Kipr millisinin sabiq qapıçısı: "Bu mərhələdə "Qarabağ"la oynamaq şanssızlıqdı"

10:57 - 10 Avqust 2021

Kipr millisinin sabiq qapıçısı Antonis Georgallides Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” və AEL arasında keçiriləcək ikinci görüşündəki gözləntilərindən danışıb.

Sportal.az xəbər verir ki, veteran qapıçı Bakıda keçiriləcək matçda “Qarabağ”ın favorit olduğunu söyləyib:

“Öncə ondan başlayım ki, püşkatma AEL üçün heç də əlverişli olmadı. Üçüncü mərhələdə bu cür rəqiblə oynamaq sadəcə şanssızlıqdı.

​“Qarabağ” cavab matçı öncəsi favoritdi. AEL, onlar üçün heç də yaxşı atmosfer gözləməyən yerə gedirlər. Amma mən psixoloji sabitlik və istək sayəsində AEL-in mərhələ adlayacağına, istədiyinə çatacağına inanıram”.

Xəbər xətti