AEL-in futbol,usu Euller Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la cavab qarşılaşması haqda danışıb.
Sportal.az xəbər verir ki, braziliyalı Bakıda keçiriləcək matçla bağlı belə danışıb:
“Məqsədimiz səfərdə çox yaxşı oyun oynamaqdı. Ki, növbəti mərhələyə adlayaq. Əla komanda ilə qarşılaşacağıq. Uğurlu nəticə üçün isə biz ilk dəqiqədən son dəqiqəyə kimi ideal oynamalıyıq.
Cavab qarşılaşmasına optimist yanaşırıq. Biz sona qədər mübarizə aparacağıq. Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun həyata keçməsi üçün hər şeyi edəcəyik".
