Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.
Sportal.az xəbər verir ki, bu gün iki görüş keçiriləcək.
Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmayıb.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
10 avqust
18:00. Şaxtyor (Qazaxıstan) – Kolos (Ukrayna)
İlk oyun – 0:0
22:00. Domjale (Sloveniya) – Rusenborq (Norveç)
İlk oyun – 1:6.
