İngiltərə millisinin futbolçusu Cek Qriliş “Aston Villa”dan “Mançester Siti”yə keçidi haqda danışıb.
Sportal.az xəbər verir ki, ingilis futbolçu verdiyi qərarın asan olmadığını söyləyib:
“Sadəcə çılğın günlər idi. Heç vaxt belə anlar yaşamamışdım.
Ömür boyu “Aston Villa”da oynamışam. Mühiti dəyişdirmək mənim üçün yenilik idi. Başqa komandaya keçmək qərarını vermək çox çətin oldu.
Daima qələbə qazanmaq, Çempionlar Liqasında oynamaq, kubokları qaldırmaq, dünyanın ən yaxşı baş məşqçisinin rəhbərliyi altında oynamaq istəyirdim. Məhz buna görə də “Mançester Siti”ni seçdim".
